Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar 20 Yanvar qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər

0

  •            Bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi
    bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 31
    il ötür. Faciənin 31-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində
    olduğu kimi xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy
    rayonunun Aşağı Ağcakənd qəsəbəsində də şəhidlərimizin müqəddəs ruhu yad
    edilibdir. Qəsəbədəki yollarda avtomobillərin hərəkəti saxlanılaraq səs
    siqnalları verilib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

            1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş
    sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə
    edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə
    nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər
    yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik
    yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail
    Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata
    keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən
    biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

            Sovet rejimi Xocalı əhalisinə də çox müsibətlər
    yaşadıb. “Müqəddəs yurd: Xocalı” kitabında yazılır ki, 1920-ci ildə Azərbaycanın
    Xocalı ərazisində totalitar bir cəmiyyət – sovet hakimiyyəti bərqərar oldu.
    Ərazidəki varlı, imkanlı, savadlı olanlar şahidsiz sübutsuz güllələndi, sürgün
    edildi. Bölgədəki qiymətli və nadir yeraltı və yerüstü sərvətlərimiz gizli və
    açıq yollarla Rusiyaya və Ermənistana daşındı.

             Sovet ordusunun 20 Yanvar faciəsini törətməsinə
    Xocalı rayon sakinləri də etirazlarını bildirmişlər. Qanlı Yanvar şəhidlərinin
    xatirəsini əbədiləşdirmək üçün Xocalıda ucaldılmış abidə ilk abidələrdən biri
    idi. Mərd Xocalı oğulları tərəfindən Üçrəngli Bayrağımız fanerlərə çəkilərək
    Ağdam-Şuşa yolunun üstünə asılaraq düşmənə göz dağı verilirdi. Komendant
    saatının davam etdiyi vaxtlarda, xocalılar düşmənlərə qorxmazlıq, vətənpərvərlik
    dərsi verdilər. Buna misal olaraq Volski hakimiyyəti dövründə Xocalı rayon
    sakini, sabiq Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyevin 20
    Yanvar faciəsindən sonra qarşısına çıxan maneələrə baxmayaraq, komendant vaxtı
    körpə uşağın müalicəsini davam etdirməsini, öz həkimlik peşəsini şərəflə, vicdanla
    yerinə yetirməsini göstərmək olar. Məmməd həkim qarşısını kəsən, ona xəstə müraciətinə
    getməməsi üçün əmr verən komendanta, əgər məni xəstəyə baxmağa çağırsalar, mən
    yenə də köməyə gedəcəm, ona görə ki, mənim canım siz rus və erməni hərbiçilərinin
    Bakıda öldürdüyü yüzlərlə oğul - qızlarımızdan, o cümlədən o həkimlərdən
    artıq deyil demişdir.         1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın
    Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində
    yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə
    iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım
    siyasətini həyata keçirmişdir. Rusiyanın hərbi qüvvələrinə və himayədarlığına
    arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon
    insan öz Vətənində qaçqına çevrildi.

            Azərbaycan xalqı ağı qaradan, yaxşını pisdən, dostu
    düşməndən seçməyi çox yaxşı bacarır. İlahi ədalət qarşısında bütün cinayətkarlar
    öz cəzalarını gec-tez alacaqlar. Necə ki, mənfur qonşularımıza haqq etdiyi cəzanı
    verdik. Müzəffər Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı
    azad etdi, Xocalı qatillərini də cəhənnəmə göndərdi. Nigaran qalan, qisas istəyən
    bütün şəhidlərimizin ruhu qələbəmizlə rahatlıq tapdı. 20 Yanvarda qanla yazılan
    şanlı tarixə illər sonra Zəfər Günü də əlavə olundu.          Allah bütün şəhidlərimizə rəhmət eləsin!                          

               
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib49 dəfə
    Xocalılar 20 Yanvar qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər

    Maraqlı gələ bilər
    52
    58
    57
    52